ABŞ və sionist rejim dünyada terror aktlarının planlaşdırılması mərkəzidir

ABŞ və sionist rejim dünyada terror aktlarının planlaşdırılması mərkəzidir

General Şekarçi ABŞ və sionist rejimi dünyada terror aktlarının planlaşdırılması mərkəzi adlandırıb və deyib: “Şəhid Səyyad Xodayinin qətlinin ölçüləri araşdırılır və nəticə daha sonra açıqlanacaq.”

Silahlı Qüvvələrin yüksək rütbəli sözçüsü, briqada generalı Əbülfəzl Şekarçi Xürrəmşəhrin azad edilməsinin 40-cı ildönümü ilə əlaqədar Baş Komandanlıq Qərargahında keçirilən anım mərasimində deyib ki, İran terrorun qurbanı olub və 17 minə yaxın insan düşmənlər tərəfindən terror zamanı həlak olub.

Dünən Tehranda baş verən sui-qəsd göstərir ki, amerikalıların və onların müttəfiqlərinin insan haqları ilə bağlı iddiaları yalandır və biz sui-qəsdin qurbanıyıq.

O, sözlərinə belə davam edib: “Bizim nəzərimizdə ABŞ və sionist rejim dünyada terror aktlarının planlaşdırılması və terror siyasətinin yürüdülməsi mərkəzidir.”

General Şekarçi dünən Səyyad Xodayinin öldürülməsinə toxunaraq deyib: “Adətən, İslam İnqilabının istənilən təbəqədən olan düşmənləri çarəsizliyə düçar olurlar və bütün yolların üzlərinə bağlı olduğunu gördükdə, terror aktlarına əl atırlar ki, bu da onlardan biridir.”

Silahlı Qüvvələrin yüksək rütbəli sözçüsü qeyd edib: “Sui-qəsd İslam İnqilabı düşmənlərinin uğuru deyil, əksinə onların məğlubiyyətidir.”

O vurğulayıb: “Onlar bu ölkənin gənclərinin qətli ilə şübhəsiz ki, heç nə əldə etməyəcək və bu sui-qəsdlərin ardınca mütləq biabırçı məğlubiyyətlərlə üzləşəcəklər.”

General Şekarçi deyib: “Bu sui-qəsdin ölçüləri araşdırılır və ölkənin təhlükəsizlik qüvvələri məsələni izləyir. Araşdırmanın nəticələri daha sonra açıqlanacaq.”

O, həmçinin sionist rejimin İraqın Ərbil şəhərindəki qərargahına İranın raket hücumundan danışıb. İranın İsrailin addımlarına sərt reaksiyası ilə bağlı Sepahın bəyanatına toxunub:

“Biz sionist rejimi şər və regionda stabilliyi poazan bir rejim, onun ağası olan ABŞ-ı isə dünyada təhlükə yaradan bir ölkə hesab edirik. Millətlər və hökumətlər bilməlidirlər ki, İsrail hər hansı bir bölgədə olsa, ora qeyri-stabillik gətirəcək və öz təhlükəsizliyini təmin edə bilməyən bir rejim başqalarının təhlükəsizliyini necə təmin edə bilər?”

Şekarçi əlavə edib:” İraqda Mossadın bir mərkəzi vardı ki, məhv edilib və bu, bölgə və İran üçün təhlükə yaradırdı. Amma bu əməliyyatda onlara dərs verildi ki, əgər onların pisliyi artsa, biz şübhəsiz ki, daha sərt cavab verəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − 6 =