ABŞ və “Taliban” arasında məhbus mübadiləsi baş tutdu

ABŞ və “Taliban” arasında məhbus mübadiləsi baş tutdu

Donald Trampın ABŞ-nin 47-ci prezidenti kimi inaqurasiyasından sonrakı ilk gündə Vaşinqton və Əfqanıstan arasında məhbus mübadiləsi həyata keçirilib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “Taliban” hökumətinin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilir ki, amerikalı vətəndaşların azad edilməsi ilə eyni vaxtda Kaliforniyada 20 il həbsdə olan Xan Məhəmməd vətəninə qayıdıb. O, 2000-ci illərin əvvəlində Nənqərhar əyalətində amerikalı hərbçilər tərəfindən əsir götürülmüş və ABŞ məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmişdi.

Hərəkat vasitəçiliyə görə Qətərə təşəkkür edib və ikitərəfli münasibətlərin normallaşmasına töhfə verən Vaşinqtonun addımlarını müsbət qiymətləndirdiklərini bəyan edib.

Yeri gəlmişkən, bu, əvvəllər hazırlanması barədə məlumat verilən sövdələşmə deyil. Həmin razılığa əsasən Quantanamoda saxlanılan Usama bin Ladenin silahdaşı Məhəmməd Əbdül-Rəhimin xristianlığı təbliğ etdiyinə görə həbs edilmiş Rayan Korbetlə dəyişdirilməsi planlaşdırılırdı.

Hazırda hansı amerikalıların azad edildiyi məlum deyil, lakin ümumilikdə taliblərin əlində üç nəfər olub.

ABŞ və “Taliban” arasında bu, ilk belə sövdələşmə deyil: təxminən iki əvvəl Mark Frerix Bəşir Nurzayla dəyişdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + 18 =