ABŞ vətəndaş müharibəsi astanasında!

ABŞ vətəndaş müharibəsi astanasında!

Tramp demokratiyanın kökünə balta çalır!ABŞ prezidenti Donald Trampın seçkilərdə yalnız demokratların saxtakarlığa yol verəcəyi təqdirdə məğlub olacağını bildirməsi ABŞ-da ciddi nigarançılıqlara səbəb olub. Bu günədək seçki ilə bağlı keçirilən sorğularda Co Bayden hazırkı prezident Donald Trampı 10 faiz üstələsə belə Tramp israrla bildirir ki, noyabrın 3-də keçiriləcək seçkilərin qalibi məhz o özü olacaq. 

Dünyaya demokratiya dərsi keçmək iddiasında olan bir ölkə lideri seçkilərdə məğlub olacağı təqdirdə Ağ Evi tərk etməyi düşünmür.

Nyu York Tayms qəzetinin tanınmış yazarı Tomas Fridman CNN kanalı ilə müsahibəsi zamanı bu mövzuya toxunaraq deyib: “Trampın məğlub olacağı halda sülh şəraitində, xoşluqla hakimiyyəti təhvil vermək istəməməsi böyük faciələrə səbəb ola bilər. Amerikada vətəndaş müharibəsi yaşana bilər!”

islamtimes.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − two =