ABŞ Venesuelanın daxili işlərinə qarışır
ABŞ Venesuela Prezidenti Nikolas Maduroya hakimiyyətdən getməsini təklif edibAxar.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının adı açıqlanmayan nümayəndəsi “Blumberq”ə deyib.
Bildirilib ki, ABŞ Milli Kəşfiyyat İdarəsinin keçmiş direktoru Riçard Qrenel bu məqsədlə Maduroya yaxın siyasətçi Corc Rodrigez ilə Meksikanın paytaxtı Mexikoda görüşüb.
Qrenel söhbət zamanı Maduronun dinc yolla postundan getməsi gərəkdiyini bildirsə də, qarşı tərəf bununla razılaşmayıb.
Görüşün digər təfərrüatları açıqlanmır.
islamtimes.org