ABŞ yanvarın sonu-fevralın əvvəlində İranla nüvə danışıqları haqda yekun qərarını verəcək – KİV

ABŞ yanvarın sonu-fevralın əvvəlində İranla nüvə danışıqları haqda yekun qərarını verəcək – KİV

 “ABŞ yanvarın sonu və ya fevralın əvvəlində Vyana danışıqları ilə bağlı qərar verəcək.”

SalamNews “Axius News” -a istinadla xəbər verir ki, bu barədə Ağ Ev mənbələri məlumat veriblər.

Bildirilib ki, ABŞ yanvarın sonu və ya fevralın əvvəlində Vyana danışıqları ilə bağlı qərarın qəbulu üçün yekun tarix təyin edib.

Xəbər saytının məlumatına görə, Ağ Evin planları ilə tanış olan iki mənbə, Vyana danışıqlarının həssas nöqtəyə çatması ilə bağlı ABŞ hökumətinin yaxın həftələrdə ictimaiyyətə mesajlarını çatdıracağını bildiriblər. Məlumata görə bu bəyanatda ABŞ-ın keçmiş prezidenti Donald Trampa sazişdən çıxdığına görə təndiqlər ünvanlanacaq.

Bu məlumatlı mənbələrə görə, ABŞ prezidenti Co Bayden administrasiyası həlledici qərar nöqtəsinə cəmi bir neçə həftə qaldığını düşünür: “Ya razılaşma əldə olunacaq və ABŞ nüvə razılaşmasına qayıdacaq, ya da danışıqlar uğursuzluqla nəticələnəcək və hökumət İrana daha çox təzyiq göstərməyə doğru gedəcək. Hər iki ssenari, xüsusən də Respublikaçılar tərəfindən siyasi reaksiyalara səbəb olacaq, lakin Ağ Ev böhranı başladan və onları pis seçimlərlə tərk edənin Tramp olduğunu vurğulayaraq, ABŞ ictimaiyyətinə mrüaicət edəcək”, deyə mənbələr bildiriblər.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + twelve =