ABŞ yenidən İsrailə ağır bombaları göndərməyə başlayıb

ABŞ yenidən İsrailə ağır bombaları göndərməyə başlayıb

ABŞ, Bayden administrasiyasının 2 aydır göndərməyi dondurduğu 227 kiloqramlıq bombaları yenidən İsrailə göndərməyə başlayıb.

Bununla bağlı “Reuters“ agentliyi məlumat yayıb. Məlumatda həmçinin bombaların daşınma prosesində olduğu və qısa müddətdə İsrailə çatmasının gözlənildiyi bildirilib.

Xatırladaq ki, Bayden administrasiyası may ayında İsrailin əhalinin sıx məskunlaşdığı Rəfah şəhərinə hücum edəcəyini elan etməsindən sonra mülki əhalinin tələfatının qarşısını almaq üçün bir tonluq və 227 kiloqramlıq bombaların İsrailə göndərilməsini dayandırmışdı.

Mətbuatda sözügedən silahların 1800 ədəd 1 tonluq, 1700 ədəd isə 227 kiloqramlıq bombalardan ibarət olduğu bildirilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 1 =