Ac porsuq təsadüfən qədim Roma sikkələrinin xəzinəsini tapdı – FOTO

Ac porsuq təsadüfən qədim Roma sikkələrinin xəzinəsini tapdı – FOTO

İspaniyanın Asturiya bölgəsindəki mağarada yemək axtarmaq üçün torpağı qazan porsuq tərəfindən qədim Roma sikkələri olan dəfinə aşkar edilib.

Nəşr bildirir ki, qarın yağması porsuğu qurd və kök axtarmaq üçün torpağı qazmağa başlamağa məcbur edib. Onun axtarışının nə qədər uğurlu olduğu bilinmir, ancaq onun III-V əsrlərə aid Roma sikkələri xəzinəsini qazıb çıxardığı məlumdur.

Sikkələrin əksəriyyəti mis və tuncdan olub, aralarında gümüşə də rast gəlinib.

“İspaniyanın şimalında mağarada tapılan bu xəzinə ən böyük Roma sikkələri dəfinəsidir”, – deyə tədqiqatçılar bildiriblər.

Alimlər bu pulların Böyük Miqrasiya Dövründə siyasi və sosial qeyri-sabitliyin pik nöqtəsində tələm-tələsik basdırıldığını düşünürlər.

Mənbə: El Pais

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − two =