AEBA Baş direktoru oktyabrda İrana səfər etməyə ümid edir
Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) Baş direktoru Rafael Qrossi oktyabrda İrana səfər etməyə ümid edir.
Bu barədə “Mehr” məlumat yayıb.
O vurğulayıb ki, İranın fəaliyyəti haqqında daha çox məlumat əldə etmək üçün mümkün danışıqlara hazırlığa indidən başlamaq lazımdır.
Qeyd edək ki, bu, Rafael Qrossinin İranın yeni prezidenti Məsud Pezeşkian vəzifəyə gəldikdən sonra ilk səfəri olacaq.