Afrika İttifaqı sionist nümayəndə heyətinin bu birliyin iclasında iştirakına icazə vermədi

Afrika İttifaqı sionist nümayəndə heyətinin bu birliyin iclasında iştirakına icazə vermədi

 Afrika rəsmisi çərşənbə günü axşam saatlarında bildirib: “Afrika İttifaqı sionist heyətin Efiopiyada ittifaqa üzv ölkələrin iclasında iştirakına icazə vermədi.”

Adı və ölkəsi qeyd olunmayan bu afrikalı diplomat Qətərin “Əl-Cəzirə” telekanalına deyib: “İsrailli heyət Qəzza müharibəsi ilə bağlı fikirlərini açıqlamağa çalışırdı, lakin Afrika İttifaqı bu nümayəndə heyətinin ittifaqın iclasında iştirakına icazə vermədi.”

Onun sözlərinə görə, Afrika İttifaqı həmçinin sionist rejimin xarici işlər nazirliyinin baş direktorunun bu ittifaqın iclasında iştirakına qarşı çıxıb.

Afrikalı rəsmi əlavə edib: “İsrail nümayəndə heyəti bəzi Afrika ölkələrini İsrailin müşahidəçi üzv kimi bu birliyə üzvlüyünü dəstəkləməyə qane etməyə cəhd göstərirdi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + 15 =