Afrika ölkələri Nigerə 25 minlik hərbi qüvvə göndərməyi planlaşdırır

Afrika ölkələri Nigerə 25 minlik hərbi qüvvə göndərməyi planlaşdırır

Afrika ölkələri Nigerə 25 minlik hərbi qüvvə göndərməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Seneqal, Benin və Kot-d’İvuar da öz hərbçilərini Nigerə göndərə bilər.

Qeyd edək ki, Nigerdəki xunta rejimi Fransa ilə hərbi müqaviləni ləğv edib. Həmin müqaviləyə əsasən, Fransa hərbçiləri terrorçu qruplara qarşı mübarizədə Niger hakimiyyətinə yardım edirdi.

Xatırladaq ki, iyulun 26-da Niger Prezidenti Məhəmməd Bazum və həyat yoldaşı mühafizəçiləri tərəfindən saxlanılıblar. İyulun 27-nə keçən gecə ölkənin silahlı qüvvələri bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edib və sərhədləri bağlayıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + 4 =