Afrikada kabus gölü: Toxunan hər şey donub qalır

Tanzaniyanın şimalında yerləşən Natron gölü – planetin ən sirli və ölümcül göllərindən biri hesab olunur. Onun suyu ammiak qədər yandırıcıdır, pH səviyyəsi isə 10.5-ə çatır. Bu ekstremal şəraitə görə gölün sahillərində ölən heyvanlar kalsiumla örtülərək sanki daşlaşırlar.
Gölün bu qədər təhlükəli olmasına səbəb onun vulkanik mənşəyi və sulara yuyulan natrium-karbonat, həmçinin digər duzlarla zəngin olmasıdır.
Buna baxmayaraq, bəzi canlılar burada yaşamağa uyğunlaşıblar. Natron gölü, dünyanın 75%-ni təşkil edən 1.5-2.5 milyon arası kiçik flaminqonun əsas çoxalma məkanıdır. Flaminqolar göldə yaranan adalarda yuva qurur, onların ayaqlarındakı sərt dəri və pulcuqlar isə kimyəvi yanmalardan qoruyur.
Bundan başqa, göldə bəzi tiplərdə tilapiya balıqları, həmçinin qırmızı rəng verən halofil mikroorqanizmlər və sianobakteriyalar da yaşayır.
Flaminqolar məhz bu mikroorqanizmlərlə qidalandıqları üçün onların lələk örtüyü çəhrayı rəng alır.
Göldə yay aylarında temperatur 60 dərəcəyə çatır. Cəmi 0,5 metr dərinliyə malik gölün genişliyi isə 15 kilometrə çatır və mövsümə görə dəyişir.
2013-cü ildə aparılan tədqiqatlar zamanı alimlər göl sahilində daşlaşmış quş və yarasa qalıqları aşkar ediblər. Onlar göldə ölüb və natrium karbonatın təsiri ilə sanki “mumiyalanıblar”.
Bu xüsusiyyətlərinə görə, Natron gölü “Yer kürəsinin ən qorxulu gölü” adlandırılır.





