Afrikanın ən qədim məscidi dağıntılara məruz qalıb

Afrikanın ən qədim məscidi dağıntılara məruz qalıb

Efiopiya İslam İşləri Ali Şurası Tağra bölgəsindəki son qarşıdurmalar zamanı ölkənin şimalındakı Nəcaşi məscidinə dəyən ziyanı qınayıb və məscidi dağıdanların cəzalandırılmasını tələb edib.

Deyerler.org İQNA-ya istinadən xəbər verir ki, şuranın baş katibi Şeyx Qasim Məhəmməd Tacuddin bu gün (8 yanvar) federal hökuməti Afrikanın ən qədim məscidindəki dağıntı və ziyan səbəbkarlarını həbs edib məhkəmə orqanlarına təhvil verməyə çağırıb: “Hökuməti talançıları mühakimə etməyə və İslamın və ölkənin tarixi irsinin rəmzi olan məscidi təmir etməyə çağırırıq. İslam İşləri Ali Şurası məsələni yaxından təqib edir və ekspedisiya qrupu hadisə yerinə qayıtdıqdan sonra Efiopiya xalqını məlumatlandıracaq. İslam Şurası və Efiopiya Mədəni İrsin Araşdırılması və Mühafizə Komitəsi hadisənin nəticələrini araşdırmaq üçün hökumətin texniki qrupunun bir hissəsidir”.

Tiqray bölgəsindəki Nəcaşi məscidi, keçən ilin noyabr ayında Tiqray Azadlıq Cəbhəsinə qarşı aparılan hərbi əməliyyatda ciddi ziyan gördü. Mərkəzi hökumət Azadlıq Cəbhəsini qiyamçı qrup hesab edir.

Nəcaşi məscidi Efiopiyanın şimalındakı Tiqray bölgəsində yerləşir və İslamın intibahı dövründə Qara qitədə inşa edilən ilk məsciddir. Bura Afrika qitəsində İslamı qəbul edən ilk bölgə olub.

Qeyd etmək lazımdır, Əddis-Əbəbədən 900 km şimalda yerləşən bu məscid, təxminən 1400 il əvvəl və Şah Əhməd Nəcaşinin hakimiyyəti dövründə İslamın bu ölkəyə gəlişi dövrünə aiddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × five =