Afroamerikalını boğaraq qətlə yetirən eks-polisə ştatı tərk etmək icazəsi verildi
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, afroamerikalı Corc Floydun qətlində ittiham edilən keçmiş polis əməkdaşı olan Derek Şovinə hakim tərəfindən Minnesota ştatını tərk etmək icazəsi verilib.
Hakimin qərarında deyilir ki, sabiq polis işçisi Minnesotaya yaxın ştatlarda məskunlaşa bilər. Bundan başqa, Şovin yaxın zamanda öz olduğu yer barədə məruzə etməlidir.
Qaçışın qarşısının alınması üçün müttəhim bütün sənədlərini, məhz pasportunu təhvil verib. Həmçinin o, hüquq-mühafizə orqanlarının onun olduğu yeri izləyə bilməsi üçün özü ilə mobil telefon gəzdirməyə borcludur.
Qeyd edək ki, o, bir müddət öncə girov müqabilində sərbəst buraxılıb.
Xatırladaq ki, 25 mayda polis əməkdaşları qaradərili Floydu tutarkən onu boğaraq qətlə yetiriblər. Bundan sonra ABŞ, həmçinin dünyanın müxtəlif ölkələrində irqçiliyə qarşı kütləvi etiraz aksiyaları başlayıb.