Ağ Ev Baydenin xərçəng xəstəliyinə tutulması ilə bağlı sözlərini şərh edib

Ağ Ev Baydenin xərçəng xəstəliyinə tutulması ilə bağlı sözlərini şərh edib

Ağ Ev ABŞ Prezidenti Cozef Baydenin onda xərçəng aşkarlanması ilə bağlı sözlərinə münasibət bildirib.

“Report”un xəbərinə görə, bu barədə Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts tviter səhifəsində yazıb. Beyts bildirib ki, dövlət başçısı ondan əvvəllər cərrahi yolla kəsilib götürülən dəri şişini nəzərdə tutur.

“Prezident bunu nəzərdə tuturdu”, – “Washington Post”un redaktoru Qlenn Kessler mikrobloqunda yazıb. Jurnalist Baydenin əvvəllər dərc olunmuş tibbi hesabatına işarə edib. O, xatırladıb ki, demokrat prezident olmamışdan əvvəl də onun dərisində melanoma olmayan şişlər çıxarılıb.

Qeyd edək ki, melanoma xərçəng xəstəliyinin ən təhlükəli növlərindən biridir. Xəstəlik tez inkişaf edir və metastaz verir.

01:01

ABŞ Prezidenti Cozef Bayden uşaqlığını keçirdiyi bölgədəki ətraf mühitin çirklənməsi səbəbindən xərçəng xəstəliyinə tutulduğunu söyləyib.

“Report” xəbər verir ki, ABŞ lideri Massaçusetsdə iqlim dəyişikliyinin yaratdığı böhranın nəticələri ilə mübarizəyə həsr olunmuş çıxışında bu barədə bildirib.

Dövlət başçısı xatırladıb ki, ölkənin bir çox fabrikləri atmosferə zəhərli maddələr, istixana qazları buraxır. “Bunlar bu gün üzləşdiyimiz iqlim fövqəladə vəziyyətinə töhfə verən çirklənmə növləridir”, – o deyib.

Bayden bildirib ki, o, Kleymont (Delaver) şəhərində yaşayır, yaxınlıqda çoxlu neft emalı zavodları var və daim güclü küləklər əsir.

“Biz Delaverə köçəndə mən çoxmənzilli binada yaşayırdım və getdiyim məktəb yolun bir az aşağı hissəsində idi. Anam piyada getməməyimiz üçün bizi avtomobillə apardı. Və bilirsinizmi, avtomobilin şüşəsindəki yağ ləkələrini sözün əsl mənasında yumaq üçün şüşə silənləri işə salmaq lazım gəldi. Buna görə mən və böyüdüyüm şəhərin bir çox başqa insanları – xərçəng xəstəsiyik. Həmin səbəbdən də Delaver ştatında uzun müddətdir, ölkədə xərçəngin tutulması ilə bağlı ən yüksək səviyyəsi var idi”, – Prezident deyib.

Qeyd edək ki, ABŞ mətbuatı daha əvvəl Baydenin cərrahi əməliyyat olunması barədə xəbər yayıb. Qeyd edilir ki, Prezidentin bədənindəki şiş cərrahi yolla götürülüb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × three =