Ağ Ev rəsmisi: “Putin Krım ssenarisini TƏKRARLAYIR”

Ağ Ev rəsmisi: “Putin Krım ssenarisini TƏKRARLAYIR”

Publika.az xəbər verir ki, bu sözləri Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.

Bu barədə jurnalistlərə açıqlama verən Kirbi “Rusiya lideri Putin 2014-cü ilin ssenarisini təkrarlayır” deyərək, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrinə artıq rusiyapərəst idarəçilərin təyin edilməsinə diqqət çəkib.

Kirbi Rusiyanın bu istiqamətdə “qanunsuz” addım atacağı təqdirdə ABŞ-ın çox sərt cavab verəcəyini də bəyan edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 6 =