Ağ ev Tunis liderinin qərarına münasibət bildirib

Ağ ev Tunis liderinin qərarına münasibət bildirib

Ağ ev Tunis prezidenti Kais Səidin ölkənin baş naziri və deputatlarla bağlı son qərarlarına münasibət bildirib. 

Bu barədə TASS məlumat yayıb.

Ağ evin açıqlamasında, “Tunis Prezidenti Kais Səidin çevriliş etdiyinə dair qərar vermək hələ tezdir” deyilir.

Həmçinin açıqlamada ABŞ-ın Tunislə əlaqələrin ən yüksək səviyyədə olduğu və Dövlət Departamentinin baş verənlərin hüquqi tərəflərini təhlil edəcəyi vurğulanıb..

Qeyd edək ki, iyulun 25-də Tunis lideri Kais Səid parlamenti buraxıb, deputatların toxunulmazlığını ləğv edib. Eyni zamanda, Hişam əl-Meşişi Baş nazir vəzifəsindən kənarlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × two =