Ağ Ev: Yaxın günlərdə İsrailə ağır silahlar göndərəcəyik
İşğal olunmuş Fələstin torpaqlarında olan ABŞ prezidenti Co Bayden administrasiyasının Yaxın Şərq məsələləri üzrə koordinatoru Brett Mc.Qurq Vaşinqtonun ikili siyasətini davam etdirərək ABŞ-ın yaxın günlərdə İsrailə həyati əhəmiyyətli silah-sursat göndərəcəyini açıqlayıb.
Əl Aləm telekanalının məlumatına əsasən, Baydenin elçisinin İsrail rejiminin rəsmiləri ilə görüşündən sonra bu rejimin Müharibə Nazirliyi cümə axşamı günü ABŞ-ın İsrailə yeni silah, o cümlədən həyati sursat göndərməyi planlaşdırdığını açıqlayıb.
İsrailin müdafiə naziri Yoav Qallant Tel-Əvivdə Ağ Evin Yaxın Şərq üzrə koordinatoru Brett Mc.Qurkla danışıqlar aparıb. Bu səfər zamanı Mc. Qurq Qəzzada atəşkəsə nail olmaq üçün davam edən danışıqlar və fələstinlilərə silah qaçaqmalçılığının qarşısını almaq üçün təhlükəsizlik tədbirləri haqqında məlumat alıb.
Məlumatda həmçinn Mc.Qurkun Qallanta ağır silahların İsrailə çatdırılacağını, bəzilərinin isə yaxın günlərdə göndəriləcəyi vədi verdiyi də vurğulanır.
Bu məlumatlar arasında İsrailə göndəriləcək silahların miqdarı və növü qeyd olunmur.