Ağ Evdə qalmaqal: “Associated Pres”s Trampa görə məhkəməyə müraciət etdi

ABŞ-ın tanınmış xəbər agentliyi “Associated Press” (AP) Ağ Ev rəsmilərini məhkəməyə verib.
Musavat.com xəbər verir ki, Vaşinqton Kolumbiya dairəsi məhkəməsinə təqdim olunan iddiada AP, Ağ Evin söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qeyri-konstitusion adlandırıb.
Agentlik xüsusilə Meksika körfəzinə “Amerika körfəzi” adının verilməsi tələbinə etiraz etdiyinə görə Trampa çıxışının məhdudlaşdırıldığını iddia edib.
Bu hadisə ABŞ mediasında böyük rezonans doğurub.