Ağ Evin Putinlə dialoqdan qaçmaq üçün bəhanəsi: “Bayden məşğuldur!”

Ağ Evin Putinlə dialoqdan qaçmaq üçün bəhanəsi: “Bayden məşğuldur!”

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya və ABŞ arasındakı gərginlik, son günlərdə ABŞ prezidenti Co Baydenin qalmaqallı müsahibəsindən və Rusiya prezidenti Vladimir Putinə qarşı təhqirindən sonra daha da artıb.

“Russia Today” telekanalının məlumatına görə, Ağ Evin sözçüsü Cen Psaki cümə axşamı bir mətbuat konfransında ,Co Baydenin gərgin iş qrafikinə görə vaxtının məhdud olduğunu bəhanə edərək Putinin Baydeni canlı televiziya müsahibəsinə dəvət etməsini qəbul etməyib.

Jurnalistlərin sualına cavab olaraq Psaki, ABŞ prezidentinin nə virtual, nə də əyani görüşmək planı olmadığını və prezidentin proqramının dolu olduğunu söyləyib.

Ağ Ev sözçüsü daha sonra belə əlavə edib: “Biz Rusiya liderləri və bu hökumətin üzvləri ilə bütün səviyyələrdə həmkarlıq edirik, amma (hazırda) gələcək görüşlər barədə verəcək bir məlumatım yoxdur. Prezident sabah mütləq Corciya ştatında olacaqdır və çox məşğuldur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =