Ağcabədidə antisanitar şəraitdə işləyən sexlərdə reyd keçirilib

Ağcabədidə antisanitar şəraitdə işləyən sexlərdə reyd keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ağcabədi rayonunda reyd keçirib.

“Report”un Qarabağ Mərkəzi xəbər verir ki, Agentliyin Ucar regional bölməsi əməkdaşlarının apardıqları monitorinq zamanı rayon ərazisindəki pendir və təndir çörəyi sexlərinin qaydalara uyğun olmadan fəaliyyət göstərdiyi aşkar edilib.

Belə ki, Təşkilat Qərib oğlu Nəcəfova məxsus süd qəbulu məntəqəsinin antisanitar şəraitdə fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda təndir çörəyi sexində də vəziyyət ürəkaçan olmayıb.

Hər iki müəssisəyə keçirilən baxış zamanı onların normativ qaydalara cavab vermədiyi ortaya çıxıb. İstehsal avadanlıqları və yerin müasir standartlara cavab verən səviyyədə təşkili üçün sahibkarlara tövsiyələr verilib. Hər iki emal müəssisəsi standartlara cavab verən günə qədər fəaliyyəti müvəqqəti dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − ten =