Ağdam atəşə tutuldu, hərbi qulluqçumuz YARALANDI
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən bildirilib.
Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.
Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.
Publika.az