Ağdam və Laçın yolunun açılması razılaşdırılıbmış: Separatçılar Lavrovun planını necə pozublar?

Ağdam və Laçın yolunun açılması razılaşdırılıbmış: Separatçılar Lavrovun planını necə pozublar?

Publika.az xəbər verir ki, bu barədə “Kommersant” Rusiya Dövlət Departamentinin rəsmisinə istinadən yazıb.

Regional vəziyyətlə tanış olan rəsminin sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov əvvəlcə Ağdam yolunun açılmasını təklif edib ki, bu yolun vasitəsilə Qırmızı Xaç avtomobilləri Xankəndiyə lazım olanı çatdırsınlar. Bir gün sonra isə Moskvanın təklifinə əsasən, Laçın yolu açılacaqmış.

“Belə bir variant yüksək hazırlıq səviyyəsinə gətirilmişdi”, – “Kommersant”ın həmsöhbəti bildirib.

Amma onun sözlərinə görə, separatçılar şərt qoyublar ki, Laçın bir gün sonra yox, Ağdam yolu ilə eyni vaxtda açılsın.

Nəticədə Azərbaycan bununla razılaşmayıb və kompromis əldə olunmayıb.

“Kommersant”ın həmsöhbətinin sözlərinə görə, Moskvada vəziyyət çox ciddi hesab olunur və onlar hesab edirlər ki, Bakı güzəştə getməyə meylli deyil.

“Bizim, öhdəmizə götürdüyümüz işləri hansısa yolla həll etmək cəhdlərimiz nəticə vermir. Bakı geri çəkilmir”, – deyən rəsmi, separatçıların da Ağdam yolundan istifadə variantını rədd etdiyini bildirib.

Böyük ehtimalla, Rusiya Azərbaycanı yolun açılması məsələsində güzəştə getməyə məcbur etmək istəyib. Amma bu istəyi baş tutmayıb. İndi Moskva çıxılmaz vəziyyətdə qalıb. Rusiyanın, himayə etdiyi separatçılara da yolun açılacağı ilə bağlı vədlər verdiyi güman edilir. Ancaq Azərbaycanın güzəştə getməməsi, belə demək mümkünsə, Rusiya ilə separatçıları üz-üzə qoyub.

Belə durumda, yaxın vaxtlarda Xankəndidə Rusiya sülhməramlılarına qarşı hər hansı təxribatın olacağı da istisna edilməməlidir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − nine =