Ağdaşda İKİ AVTOMOBİL TOQQUŞDU: XƏSARƏT ALANLAR VAR

Ağdaşda İKİ AVTOMOBİL TOQQUŞDU: XƏSARƏT ALANLAR VAR

Ağdaş rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə bildirilib ki, hadisə rayonun Yuxarı Ləki kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Teymur Hacıyevin idarə etdiyi “VAZ-21011” və Musa Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ”ın sürücüsü, eləcə də iki sərnişini – 2002-ci il təvəllüdlü Elmin Kazımov və 2005-ci il təvəllüdlü E.Əsgərzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 11 =