“Agentlik nəzarətində olan nüvə obyektlərinə hücum – nüvə silahlarının yayılmasının qarşısının alınması sisteminə açıq təcavüzdür”

“Agentlik nəzarətində olan nüvə obyektlərinə hücum – nüvə silahlarının yayılmasının qarşısının alınması sisteminə açıq təcavüzdür”

İran İslam Respublikasının xarici işlər naziri bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarətində olan nüvə obyektlərinə hücum və Qərb ölkələrinin bu məsələdə səssiz qalması, təkcə beynəlxalq qanunların pozulması deyil, eləcə də nüvə silahlarının yayılmasının qarşısının alınmasına dair qlobal sistemə qarşı açıq bir hücumdur.

Seyid Abbas Əraqçi Fransanın “Le Monde” qəzetinə verdiyi xüsusi müsahibədə, Donald Trampın “13–25 iyun tarixləri arasında İsrail və ABŞ-nin birgə hücumları nəticəsində İranın nüvə proqramının məhv edildiyi” iddiasına münasibət bildirərək deyib: “Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi, bu proqramın sadəcə bir neçə ay təxirə düşdüyünü açıqlayıb. ABŞ tərəfindən BAEA nəzarətində olan nüvə obyektlərimizə hücum nəticəsində ciddi zərərlər dəyib və biz hazırda bu zərərlərin qiymətləndirilməsi ilə məşğuluq. İran bu hücumla bağlı kompensasiya tələb etmək hüququna malikdir. Bir ölkənin sülhməramlı nüvə proqramının tamamilə məhv edildiyini iddia etmək və ya onu dayandırmağa çağırmaq – enerji, tibb, əczaçılıq və kənd təsərrüfatı sahəsində ehtiyacları qarşılamaq məqsədi daşıyan proqramı – ciddi bir hesablamada səhvdir.”

O əlavə edib: “Bu proqram daim Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında olub və bütün fəaliyyətlər beynəlxalq qanunlar çərçivəsində həyata keçirilir, təkcə bir neçə bina və avadanlıqdan ibarət deyil; bu, elmi zirvəyə çatmağı bacarmış bir xalqın iradəsidir və bu iradə məhv edilə bilməz.”

Nazir vurğulayıb: “Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatları dəfələrlə təsdiqləyib ki, İranın sülhməramlı nüvə proqramında hərbi fəaliyyətə yönəlik heç bir yayınma olmayıb.”

Əraqçi deyib: “Əsas məsələ budur ki, nüvə silahlarının yayılmasının qarşısının alınması rejiminə böyük bir zərbə vurulub. BAEA-nın nəzarətində olan obyektlərə hücum və Qərb ölkələrinin səssizliyi, beynəlxalq qanunların pozulmasıyla yanaşı, qlobal nüvə yayılmasının qarşısının alınması sisteminə açıq təcavüzdür.”

Nazir, ABŞ-nin bombardmanlarından sonra İranın bu ölkə ilə danışıqları yenidən başlamağa hazır olub-olmadığına dair suala cavab verərkən bildirib: “İran daim prinsipal şəkildə və qarşılıqlı hörmət əsasında danışıqlara hazır olduğunu göstərib. Lakin qarşı tərəf – yəni ABŞ – çoxtərəfli və beynəlxalq bir razılaşmanı (2018-ci ildə birtərəfli çıxmaqla) pozdu, danışıqlar zamanı bizim hava məkanımızı pozdu və nüvə obyektlərimizə hücum etdi. Bu hücumlar regionda uzun illər boyunca təkcə İran xalqının deyil, bütün region xalqlarının təhlükəsizliyi və sağlamlığına təhdid yarada biləcək ekoloji və humanitar fəlakətə səbəb ola bilərdi.”

Əraqçi əlavə edib: “Diplomatiya iki tərəfli bir yoldur və ABŞ danışıqlar prosesini özü yarımçıq qoyaraq hərbi hücum yolunu seçdi. Buna görə də, məsuliyyətin qəbul olunması və davranışın dəyişdiyinə dair aydın işarələr olması vacibdir. Gələcək danışıqlar zamanı ABŞ-nin hərbi hücum etməyəcəyinə dair təminat verilməlidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 6 =