“Ağıllı saat” qadının həyatını belə xilas etdi

“Ağıllı saat” qadının həyatını belə xilas etdi

Publika.az xəbər verir ki, bu barədə “Daily Record” məlumat yayıb.

22 həftəlik hamilə olan Makmanus nəfəsinin daraldığını hiss edib. O, divanda oturarkən ağıllı saatın ekranına baxıb və ürəyinin dəqiqədə 140 sürətlə döyündüyünü görüb.

“Ayağa qalxana və başım gicəllənənə qədər gözlərimə inanmadım. Sonra nəbz dəqiqədə 154 döyüntüyə yüksəldi”, o deyir.

Bundan sonra Makmanus xəstəxanaya gedib, orada analiz üçün qan götürüblər, döş qəfəsinin rentgenoqrafiyası və elektrokardioqramma ediblər. müşahidə olunan simptomları hamiləlik kimi izah edərək qadını evə göndəriblər. Üç gündən sonra başgicəllənmə və ürək döyüntüsü getmədiyi üçün yenidən həkimə müraciət edib. Həkimlər əlavə müayinə keçirib və onun ağciyər arteriyasında həyati təhlükəsi olan iki qan laxtası aşkar ediblər.

Makmanusa qan laxtalarını təmizləmək və ağırlaşmaların qarşısını almaq üçün qandurulducu dərmanlar təyin edilib. “Saatım olmasaydı, içində olduğum təhlükəni dərk etməzdim. O, mənim həyatımı xilas etdi”, Rebekka deyib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − nine =