“Ağır cinayətlərin verilişlərdə açılmasını polkovnik kimi özümə təhqir hesab edirəm”

“Ağır cinayətlərin verilişlərdə açılmasını polkovnik kimi özümə təhqir hesab edirəm”

Təxminən 10 gün öncə “ARB” telekanalında yayımlanan “Səni axtarıram” verilişində Əfsanə Cəfərova efirdə qayınanası Faxrəndə İbrahimovanı itələyərək ölümünə səbəb olduğunu etiraf etmişdi. Qətlin iki il öncə baş verməsinə baxmayaraq, üstünün indi açılması ölkə gündəmini alt-üst etdi. Bundan sonra aparılan araşdırmalarla məlum oldu ki, hadisəni o yox, sevgilisi olduğu iddia edilən, ərinin əmisi oğlu Seymur Cəfərov törədib.

Bu hadisənin müzakirə olunduğu vaxtda digər bir cinayətin üstü də efirdə açıldı. ATV-nin “Bizimləsən” proqramında öldürülərək quyuya atılan 4 yaşlı Məryəmin atası Taleh Allahyarov canlı efirdə açıqlama verərkən polis əməkdaşları tərəfindən saxlanıldı.

Belə ki, Məryəmin anası efirə zəng edərək bildirib ki, T.Allahyarov mərhum Məryəmin boğazına ip keçirərək foto və videolarını çəkib və ondan ayrılan arvadına göndərərək azyaşlını öldürəcəyini bildirib. Məryəmin anası həmin görüntüləri telekanala təqdim edib.

Müzakirələr zamanı vətəndaşlar bu sualları verirdilər ki, bəs, övladı öldürülən ana niyə Polis Şöbəsinə dəvət olunmamışdı? Həmin görüntüləri nə üçün istintaq ortaya çıxarmayıb? Niyə bu məsələnin də üstü efirdə açıldı?

Hər iki hadisənin həqiqətən necə baş verməsinin məhz efirdə üzə çıxması sosial şəbəkələrdə daha çox tənqidlə qarşılandı. Sadə faktların dövlət qurumları tərəfindən deyil, jurnalistlər tərəfindən asanlıqla tapılması narazılıqlara səbəb oldu.

Bu müzakirələr və suallarla bağlı sabiq polis rəisi, kriminalist Mahmud Hacıyev də fikirlərini bölüşüb.

M.Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iki il öncə olan hadisənin bu gün üzə çıxması onu göstərir ki, ibtidai istintaq prosesi tam və hərtərəfli, obyektiv aparılmayıb: “Müasir imkanlarla nəinki iki il, hətta 100 il əvvəlki cinayətləri də araşdırıb tapmaq mümkündür. Baş verən hadisələrin istintaqda yox, efirdə açılmasının səbəbi odur ki, aparılan işlərə səhlənkar, qeyri-peşəkar yanaşılıb. İşin üstünü ya bilərəkdən, ya da bilməyərəkdən ört-basdır ediblər. İstintaq aparanların hamısı peşəkar deyil axı. Hazırda hüquq-mühafizə orqanlarında qeyri-peşəkarlar həddindən artıq çoxdur. Bu nəticə müstəntiqin səriştəsizliyi, əməliyyatçının laqeydliyi, istintaqa rəhbərlik edən və sonda ittiham aktını, ya da cinayət işinin başlanılmasını rədd edən qərarı təsdiqləyən prokurorun səhlənkarlığıdır.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − twelve =