Ağrıkəsiciləri niyə konfet kimi yeyirik?

Ağrıkəsiciləri niyə konfet kimi yeyirik?

Ən çox içdiyimiz dərmanların başında ağrıkəsicilər dayanır. Adi bir şikayətdə dərhal az qala konfet kimi ağrıkəsicilərdən istifadə edirik.

Bəzi ağrılar var da ki, onlar soyuqdəymə və ya nevroloji səbəblərdən qaynaqlanır.

Kiminin cibində, kiminin də çantasında… ağrıkəsicilər həmişə yanımızdadır! Ağrıdan qurtulmaq istərkən sağlığımız üçün təhlükə yaradırıq.

Yəni ağrıdan tez bir zamanda qurtulmaq istərkən yeni xəstəliklərə qapı açırıq. Ya da ağrıya səbəb olan ciddi bir sağlıq problemimizin üstünü örtürük. Məsələn, yüksək təzyiq, infeksiya və bir çox bu kimi xəstəliklər ağrılarımıza səbəb ola bilər və onların diaqnozunu əngəlləmiş oluruq.

Bəs məcbur qalıb ağrıkəsici içmək istəsək, hansı ağrıkəsini içmək məsləhətdir?

Xüsusilə baş və əzələ ağrılarında ağrıya səbəb olan şeylərdən qurtulmaq üçün bol su içmək və davamlı idman etmək lazımdır. Ağrılarını dindirmək üçün xalq təbabətinə də üstünlük verənlər az deyil.

Həkim deyir ki, bəzən ağrısı olan kəslər özünün hansı xəstəliklərinin olduğunu bilmir və ya bilirsə də bu ağrıkəsicilərin onun xəstəliklərinə hansı yan təsirləri olacağından xəbərsizdi.

Həkim məsləhət görür ki, ağrıkəsicini ancaq və ancaq məcbur qaldıqda və mütləq bol su ilə tox qarına içməliyik.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 4 =