Aİ Belarusa silah-sursat ixracına qadağa qoyub
 
					Avropa İttifaqı (Aİ) Belarusa odlu silah və döyüş sursatı ixracına qadağa qoyub.
“Report” xəbər verir ki, bu barədə Aİ-dən bildirilib.
Qeyd olunub ki, qurum Belarusa qarşı sanksiyaları genişləndirib.
Aİ həmçinin Belarusa ölkənin hərbi inkişafına töhfə verən mal və texnologiyaların ixracına da qadağa tətbiq edib.
Report.az
 
			 
			 
			 
			 
			