Aİ Həmas hərbi komandanlığının iki nümayəndəsinə sanksiya tətbiq edib

Aİ Həmas hərbi komandanlığının iki nümayəndəsinə sanksiya tətbiq edib

Avropa İttifaqı Şurası HAMAS-ın hərbi komandanlığının iki nümayəndəsinə sanksiya tətbiq edib.

Bu addım hərəkatın oktyabrın 7-də İsrailə hücumuna cavab olaraq atılıb.

Bildirilib ki, Aİ Şurası iki şəxsin Aİ-nin terrorçular siyahısına daxil edilməsinə qərar verib.

Bu şəxslər HAMAS-ın hərbi qanadının 2002-ci ildən (“Ezzedin al-Qassam Briqadaları”) generalı olan Məhəmməd Deif və HAMAS-ın hərbi qanadının komandir müavini Mərvan İsadır.

Sanksiyaya uyğun olaraq, bu şəxslərin Aİ-yə üzv dövlətlərindəki vəsaitləri və digər maliyyə aktivləri dondurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + nineteen =