Aİ hərbi missiyasının Qırmızı dənizə göndərilməsi müzakirəyə çıxarılacaq
Avropa İttifaqı (Aİ) bu həftə Qırmızı dənizə hərbi missiyasını göndərmək məsələsini müzakirə edəcək.
TASS xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellin nümayəndəsi Piter Stano bildirib.
Onun sözlərinə görə, J.Borrell ayrıca hərbi missiyanın təşkili ilə bağlı təklif təqdim edəcək: “Aİ ölkələri bu həftənin sonunda bu məsələni müzakirə edəcəklər”.