“Aİ sərhədin delimitasiyasına kömək etməyə hazırdır”

“Aİ sərhədin delimitasiyasına kömək etməyə hazırdır”

“Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına kömək göstərməyə hazırdır”.

Bu barədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana bu vəzifəyə təyin olunması münasibətilə ünvanladığı təbrik məktubunda deyilir.

O, Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və hərtərəfli həllinə töhfə verməyə, münaqişədən sonrakı yenidənqurma və tərəflər arasında etimad mühitinin yaradılmasına yönəlmiş tədbirləri təşviq etməyə hazır olduğunu bildirib.

“Bu çərçivədə ATƏT -in Minsk qrupunun səylərini dəstəkləməyə davam edirik. Sərhədin delimitasiyasına kömək göstərməyə hazırıq”, – deyə Borrell sözlərinə əlavə edib.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 6 =