Aİ və İngiltərənin son sanksiyaları insan hüquqlarının sistematik şəkildə pozulmasının nümunəsidir

Aİ və İngiltərənin son sanksiyaları insan hüquqlarının sistematik şəkildə pozulmasının nümunəsidir

Xarici İşlər Nazirliyinin mətbuat katibi Avropa İttifaqı və İngiltərənin İrana qarşı sanksiyalarını, xüsusilə mülki aviaşirkətə qarşı tətbiq edilən sanksiyaları və gəmiçilik şirkətinə qarşı son sanksiyaları insan haqlarının sistematik şəkildə pozulmasının bariz nümunəsi hesab edib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai Avropa İttifaqı və İngiltərənin Rusiyaya ballistik raketlərin göndərilməsi ilə bağlı qondarma iddia ilə İran İslam Respublikası Gəmiçilik Şirkəti də daxil olmaqla bir sıra iranlı fiziki və hüquqi şəxslərinə qarşı yeni sanksiyalarını əsassız və beynəlxalq hüquq standartlarına zidd hərəkət, eləcə də JCPOA üzrə Avropa İttifaqı və İngiltərənin öhdəliklərinin pozulması hesab edib və bunu qəti şəkildə pisləyib. 

Xarici İşlər Nazirliyinin mətbuat katibi Avropa İttifaqı və İngiltərənin İrandan Rusiyaya ballistik raketlərin ötürülməsi ilə bağlı irəli sürdüyü iddiaları bir daha rədd edərək deyib: “Ukrayna Prezidenti İranın heç bir ballistik raketinin Rusiyaya ixrac edilmədiyini etiraf etdiyi bir halda Avropa İttifaqı və İngiltərənin bu bəhanə ilə İrana qarşı sanksiyalar tətbiq etməsinə heç bir şəkildə haqq qazandırmaq olmaz və bunun üçün heç bir legitimlik, hüquqi və məntiqi əsas yoxdur.” 

Bəqai vurğulayıb ki, Avropa İttifaqı və İngiltərənin İrana qarşı sanksiyaları, xüsusilə iranlıların mənafeyini və əsas hüquqlarını təsir altına salan mülki aviasiyaya qarşı tətbiq edilən sanksiyalar və İran İslam Respublikası Gəmiçilik Şirkətinə qarşı son sanksiyalar insan hüquqlarının sistematik şəkildə pozulmasının bariz nümunəsidir və bu sanksiyaların təsisçilərinin və müəlliflərinin beynəlxalq məsuliyyət daşımasına səbəb olur. 

Mətbuat katibi deyib: “Naviqasiya azadlığı və dəniz ticarəti beynəlxalq dəniz hüququnun əsas prinsiplərindən biridir. Buna əsasən, beynəlxalq hüququn pozulmasına görə Avropa tərəflərinin beynəlxalq məsuliyyəti müəyyəndir.” 

Bəqai həmçinin Avropa İttifaqı və İngiltərənin hökumətlərin müdafiə-hərbi sahədə qanuni və hüquqi əlaqələrinə müdaxiləçi siyasətlərini pisləyərək qeyd edib ki, İran İslam Respublikası öz maraqlarını və milli təhlükəsizliyini təmin etmək üçün tərəfdaşları ilə bütün əməkdaşlıq imkanlarından istifadə edəcək. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 8 =