Aİ XİN rəhbərləri Qəzzanın postmüharibə dövründəki vəziyyətini müzakirə edəcək

Aİ XİN rəhbərləri Qəzzanın postmüharibə dövründəki vəziyyətini müzakirə edəcək

“Bu gün biz yalnız Qəzzadakı hazırkı ağır vəziyyət barədə danışmayacağıq. Biz artıq müharibədən sonrakı vəziyyət, həll yolu barədə düşünməliyik”.

Bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Hesab edirəm ki, XİN rəhbərləri bu məsələ ətrafında fokuslanmalıdırlar. Müharibədən sonra necə olacaq, biz Qəzza ilə nə edəcəyik və bu məsələ yalnız Qəzzanın yenidən qurulması və bərpası ilə bağlı deyil, bu, Fələstin məsələsinə inteqrasiya olunmuş həll yolunun tapılması ilə bağlıdır. Bu, həqiqi siyasi problemdir və biz bununla üzləşməliyik. Biz Fələstin və İsrail arasında sülhü tapmalıyıq. Qəzza üçün həll yolu təcrid olunmuş həll yolu ola bilməz. Bu gün mən bunu XİN rəhbərlərinə izah edəcəyəm. Biz nəyi dəstəkləməliyik, nədən imtina etməliyik, bu barədə müzakirə aparacağıq. Bu istiqamətdə mən XİN rəhbərlərinə bir neçə “hə”lər və “yox”ları təqdim edəcəyəm”, – Borrell deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − 6 =