Akar: Qondarma soyqırımı təbliğatı Ermənistanla əlaqələrin qurulmasında mühüm maneələrdən biridir

Akar: Qondarma soyqırımı təbliğatı Ermənistanla əlaqələrin qurulmasında mühüm maneələrdən biridir

İstər Harbord besabatı, istərsə də digər hesabatlarda ermənilərin dediyi kimi, qırğınların türklər deyil, özlərinin törətdiyi açıq-aydın üzə çıxıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar Kayseri Universitetində “Erməni Məsələsi” adlı konfransda çıxışı zamanı bildirib.

O qeyd edib ki, qondarma soyqırımı təbliğatı Ermənistan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasına ən mühüm maneələrdən biridir.

“Azərbaycanlı qardaşlarımız da 30 illik işğaldan sonra “bəsdir” dedilər və torpaqlarını geri aldılar. Bundan sonra biz Ermənistana barış əlini uzatdıq. Bizim arzumuz odur ki, Ermənistan tezliklə sülhə razı olsun, öz xalqının gələcəyinin qarşısını belə cəfəngiyatlarla almasın”, – deyə nazir vurğulayıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four − three =