Akar: “Türk əsgəri Əfqanıstanda da vəzifəsini uğurla yerinə yetirdi”

Akar: “Türk əsgəri Əfqanıstanda da vəzifəsini uğurla yerinə yetirdi”

Kabildən təxliyə edilən Türkiyə sülhməramlıları üçün Ankarada mərasim təşkil olunub.

Mərasimdə çıxış edəm milli müdafiə naziri Hulusi Akar mehmetciyin Əfqanıstanda da vəzifəsini uğurla yerinə yetirdiyini bəyan edib: “Bu müddətdə 20 min silahdaşımız Əfqanıstanda xidmət aparıb. Mehmetcik Əfqanıstanda da vəzifələrini uğurla icra edib, əfqan xalqının könlünü, NATO-nun və beynəlxalq meydanda hər kəsin təqdirini qazanıb”.

Əfqanıstandan təxliyə prosesinə də toxunan H. Akarın sözlərinə görə, Prezident Ərdoğanın təlimatıyla gözlənəndən daha tez müddətdə təxliyə prosesinə başlanıb. “Pakistanda daha əvvəldən saxladığımız 8 təyyarə ilə təxliyə həyata keçirildi. Personal və vətəndaşlarımız 48 saatdan tez bir müddətdə Əfqanıstandan təxliyə edildi. Gərginliyə baxmayaraq, təxliyənin uğurla həyata keçirilməsi Türkiyə Silahlı Qüvvələrinin gücünü bir daha göstərdi”, – deyə nazir Akar vurğulayıb.

Kabil aeroportunda törədilən terror aktını qətiyyətlə pislədiyini deyən H. Akar Kabil hava limanının işlədilməsi ilə bağlı təklif olarsa, dəstəyə hazır olduqlarını da əlavə edib.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − three =