Akardan F-16 və F-35 açıqlaması

Akardan F-16 və F-35 açıqlaması

F-35 döyüş təyyarələri ilə bağlı növbəti görüş Vaşinqtonda keçiriləcək.

Publika.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

“F-16 və F-35 fərqli məsələlərdir. Xarici Hərbi Satışlar çərçivəsində proseduru həyata keçirdik. F-16-larla bağlı lazımi məsləhətləşmələr apardıq. Bu istiqamətdə işlər davam edir. F-35 məsələsi ilə bağlı ABŞ nümayəndə heyəti oktyabr ayında Türkiyəyə gəldi.

Problemlər müzakirə olundu.Yeni ilin əvvəlində nümayəndə heyətimiz ora gedəcək və bu barədə yenidən danışacaq. Bu toplantı yəqin ki, Vaşinqtonda olacaq. Mövqeyimizi açıq şəkildə bildirmişik, nəticəsini gözləyirik. Türkiyənin gücü, qüvvəti NATO-nun gücünün əlavə dəyəridir.

Siz Türkiyənin hərbi gücünü açıq qapalı embarqolarla məhdudlaşdırsanız, Ankaranın NATO-da fəaliyyəti necə olacaq?” – H.Akar qeyd edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − eight =