AKP-nin binasına SİLAHLI HÜCUM: 12 atəş açıldı -VİDEO
Publika.az xəbər verir ki, binanın qarşısına gələn şəxs partiya qərargahına pompalı tüfənglə atəş açıb və hücum anı mobil telefonla çəkilib.
Partiyanın Adana rayon sədri Mehmet Ay deyib ki, binaya bir nəfər tərəfindən 12 atəş açılıb. Xoşbəxtlikdən hücum zamanı binada heç kim olmayıb.
Son məlumata görə, artıq şübhəli şəxs saxlanılıb.
Publika.az