Albaniyada Çexiya vətəndaşları saxlanılıb
Albaniyada Çexiyanın dörd vətəndaşı saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə “Mlada fronta Dnes” qəzeti məlumat yayıb.
Çexiya vətəndaşlarının saxlanılmasına səbəb onların ölkənin mərkəzində yerləşən Poliçan şəhərində silah fabrikində foto çəkdirməsi olub.
Onlar yerli hakimiyyət orqanlarına Balkan ölkəsində turist kimi olduqlarını bildiriblər.
Bundan əvvəl Albaniyanın Müdafiə Nazirliyi Rusiyanın iki, Ukraynanın bir vətəndaşının hərbi müəssisəyə girməyə cəhd etdiklərinə görə saxlanıldığını açıqlayıb.
Report.az