Aleksandr Lukaşenko Polşanı sərhəd pozuculuğunda ittiham edib

Aleksandr Lukaşenko Polşanı sərhəd pozuculuğunda ittiham edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Polşanı sərhəd pozuculuğunda günahlandırıb.

Dövlət başçısı Polşanın sərhəd ərazilərində münaqişə yaratdığını bəyan edib.

A.Lukaşenko Almaniyaya getmək üçün Belarusdan Polşaya keçməyə çalışan Əfqanıstan qaçqınlarının Polşa sərhədçiləri tərəfindən silah təzyiqi ilə geri qaytarıldığını və qaçqınların Polşa-Belarus sərhədində 2-3 sutkadır açıq havada ac və susuz qalmağa məcbur olduqlarını bildirib.

“Sərhəddə gecələr cəmi 7-8 dərəcə istilik olur. Bu gün mən düşünməliyəm ki, onlarla nə edim”, – Belarus Prezidenti əlavə edib.

O, Belarusun dövlət sərhədlərinin Polşa tərəfindən pozulduğunu söyləyib.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 − two =