Aleksey Navalnının İngiltərə Gizli Kəşfiyyat Xidməti ilə əlaqəsini göstərən video yayımlandı

Aleksey Navalnının İngiltərə Gizli Kəşfiyyat Xidməti ilə əlaqəsini göstərən video yayımlandı

Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən çəkildiyi iddia edilən videoda, Rusiyanın tanınmış müxalifətçisinin sağ əlinin, maliyyə və kəşfiyyat yardımı üçün casusluqda şübhəli bilinən bir İngilis səfirliyi rəsmisi ilə müzakirə etdiyi görünür.

“Fars” Xəbər Agentliyinin verdiyi məlumata görə, Rusiya müxalifət lideri Aleksey Navalnının yaxınlarından birinin İngiltərə casusu olduğu ehtimal edilən bir şəxsdən pul və məlumat istədiyini göstərən video yayımlanıb.

İlk dəfə bazar ertəsi günü Rusiyanın RT telekanalı tərəfindən yayımlanan Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vladimir Aşurkov ilə Moskvadakı İngilis səfirliyinin əməkdaşının görüşündən ibarət bu video 2012-ci ildə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən qeydə alındığı söylənilir.

Məlumata görə, Navalnının köməkçisi ilə görüşən şəxs, İngiltərə Səfirliyinin Siyasi Məsələlər üzrə keçmiş ikinci katibi  Ceyms Vilyam Tomas Forddur. Federal Təhlükəsizlik Xidməti onun İngiltərə Gizli Kəşfiyyat Xidməti (Mİ6) əməkdaşı olmasından şübhələnir.

Görüş zamanı “Pulumuz olsa, komandamızı genişləndirəcəyik” deyən Aşurkov, maddi yardımla yanaşı, İngiltərə hökumətinin xüsusi məlumatlarına da ehtiyaclı olmasını qeyd edib.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 2 =