Ali Rəhbərin Həcc və Ziyarət məsələləri üzrə nümayəndəsi zəvvarlarla görüşüb

Ali Rəhbərin Həcc və Ziyarət məsələləri üzrə nümayəndəsi zəvvarlarla görüşüb

Zəvvarlara lazımi xidmətin göstərilməsi ən mühüm prioritetidir

Mədinənin Baş Qərargah rəisi və Ali Məqamlı Rəhbərin Həcc və Ziyarət Məsələləri üzrə Nümayəndəsinin müavini “Vəfadə Əz-Zəhra” mehmanxanasında xidmətlərin göstərilməsi prosesi, habelə zəvvarlara tibbi xidmətin çatdırılması ilə taış olub .

Həcc və Ziyarət Təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Mədinənin Baş Qərargah rəisi Məhəmməd Azad və Ali Rəhbərin Həcc və Ziyarət məsələləri üzrə nümayəndəsinin müavini Höccətül-İslam Rüknəddini Mədinədə səfərdə olan zəvvarlarla görüşüb.

Onlar  “Vəfadə Əz-Zəhra” mehmanxananın zəvvarlarına xidmət, yerləşdirmə və yeməklə təmin olunması prosesi ilə yaxından tanış olmuş və zəvvarlar göstərilən xidmətləri yüksək qiymətləndirmiş və öz minnətdarlıqlarını bildirmişlər. Mədinədəki Həcc və Ziyarət Tibb Mərkəzinin tibb xidmətlərinin rəhbəri Dr.Rusta da zəvvarlara tibbi xidmətlərin göstərilməsi ilə bağlı lazımi izahatlar verib.

Zəvvarlara yaxşı xidmət göstərmək Həcc və Ziyarətlə məşğul olanların ən mühüm prioritetidir və bu baxımdan zəvvarların məmnunluğunu artırmaq üçün əllərindən gələni edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − seven =