Ali Səud rejimi şiə ruhanini həbs edib
Ali Səud rejiminin təhlükəsizlik qüvvələri Əhli-beyt (ə) ardıcıllarına qarşı represiyalar davam edir.
Maide.Az İQNA-a istinadla xəbər verir ki, belə ki, ötən gün Ali Səud rejim qüvvələri Qətif bölgəsində bölgənin ruhanilərindən Şeyx Hüseyn Ən-Nimri həbs edib.
Saxlanılan Şeyx Hüseyn ən-Nimrin nədə ittiham olunması ilə bağlı məlumat verilməyib.
Səudiyyə Ərəbistanı rejimi son ayda ölkə alimlrinə xüsusi ilə Qətif və Əl-Əhsa vilayətlərində alimlərə qarşı repressiya siyasətini artırıb.
Şeyx Hüseyn Ən-Nimrdən öncə son aylar ərzində ruhanilər Seyid Haşim Əş-Şəxs, Seyid Xəzrəl-Əvami və Şeyx Abbas əs-Səidi həbs olunub