Alimlər tarixdə məlum olan ən qədim əlifbanı kəşf ediblər

Alimlər tarixdə məlum olan ən qədim əlifbanı kəşf ediblər

Alimlər qədim qəbirlərdən çıxarılan gil silindrlər üzərində həkk olunmuş yazıların bəşər tarixində məlum olan ən qədim əlifbaya aid olduğunu müəyyən ediblər.

“Operativ Media” “Science Daily” jurnalına istinadən xəbər verir ki, alimlər Suriyanın ən qədim şəhər mərkəzlərindən biri olan Umm-el Marrada qədim məzarlarda arxeoloji qazıntılar aparıblar.

Əsası ilk tunc dövrünə aid olan bu qəbirləri qazan tədqiqatçılar qızıl və gümüş zinət əşyaları, 6 skelet, yemək bişirilən qablar, saxsı qablar və nizə ucu, həmçinin üzərində həkk olunmuş yazılar olan 4 barmaq uzunluğunda gil silindrlər aşkar ediblər.

Tapılan əşyaların eramızdan əvvəl 2400-cü illərə aid olduğu açıqlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − five =