Alimlər Yerin dərinliklərindən gələcək fəlakət barədə SİQNALLAR aşkarladılar

Alimlər Yerin dərinliklərindən gələcək fəlakət barədə SİQNALLAR aşkarladılar

Yer kürəsinin dərinliklərindən gələn geoloji siqnallar gələcəkdə qlobal miqyasda fəlakətli vulkan püskürməsinin baş verə biləcəyini göstərir.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə CNN kanalında dərc olunan elmi məqalədə bildirilir.

Tədqiqatçıların sözlərinə görə, XXI əsrdə supervulkan püskürməsi ehtimalı kifayət qədər yüksəkdir.

Alimlərin fikrincə, bu püskürmə 1815-ci ildə İndoneziyada baş verən və minlərlə insanın həyatına son qoyan Tambora vulkanının fəallığına bənzəyə bilər.

“Yeni araşdırmalar göstərir ki, belə bir püskürmə iqlim dəyişikliyi, temperaturun enməsi, kənd təsərrüfatı üçün əlverişsiz şərait və nəticə etibarilə qlobal ərzaq böhranı ilə müşayiət oluna bilər. Bu, milyonlarla insan üçün ciddi təhlükə yaradacaq”, – deyə məqalədə vurğulanır.

Alimlərin hesablamalarına görə, bu əsrdə fəlakətli bir vulkan püskürməsi ehtimalı təxminən 1/6-dir. Belə hadisələr qlobal miqyasda sosial və iqtisadi sistemlərə dərin təsir göstərə bilər.

Qeyd edək ki, 1815-ci ildə baş vermiş Tambora vulkanının püskürməsi nəticəsində atmosferə təxminən 180 kub kilometr kül və qaz atılmış, bu isə “yaysız il” adlandırılan iqlim anomaliyasına, kütləvi aclığa və on minlərlə insanın ölümünə səbəb olmuşdu.

Alimlər bu kimi fəlakətlərin qarşısını almaq üçün geoloji müşahidələrin intensivləşdirilməsini və beynəlxalq əməkdaşlığın gücləndirilməsini tövsiyə edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 19 =