Alkollu içki yerinə “antifriz” istifadə etmək 11 amerikalı əsgəri xəstəxanaya göndərdi

Alkollu içki yerinə “antifriz” istifadə etmək 11 amerikalı əsgəri xəstəxanaya göndərdi

11 ABŞ hərbçisi “antifriz”dən istifadə səbəbindən Texasın Fort Bliss şəhərindəki bir xəstəxanaya aparılıb, onlardan ikisinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdiriliblər.

“Fars” Xəbər Agentliyinin məlumatına görə, cümə günü ABŞ ordusu, 11 ABŞ əsgərinin səhvən “antifriz”dən istifadə etməsinə görə Fort Bliss hərbi bazasındakı bir xəstəxanaya göndərildiyini və onlardan ikisinin vəziyyətinin ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirildiyini bəyan edib.

Rusiya telekanalı “RT” bununla bağlı məlumat yayaraq vurğulayıb ki, 10 günlük təlim üçün Texasın Fort Bliss şəhərinə gedən ABŞ hərbçiləri, alkoqol zənn etdikləri, lakin sonradan “antifriz” olduğu aşkarlanan maye qəbul ediblər.

Fort Bliss hərbi bazasının məsul şəxsi Ali Payne “Bütün yaralanan personal hələ də “William Bimont” tibb mərkəzində müalicə almaqdadır” deyə açıqlama verib.

ABŞ-ın yerli hərbi rəsmiləri, habelə ABŞ ordusunun cinayət axtarış şöbəsi hadisənin təfərrüatlarını araşdırmağa davam edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − five =