Almaniya bütün qüvvələrini Əfqanıstandan çıxardığını bildirib
Almaniya son əsgərinin Əfqanıstanı tərk etdiyini bildirib.
Bu barədə Almaniya Müdafiə Nazirliyi bəyanat verib.
Bildirilib ki, Almaniyanın yerdə qalan son qüvvələri də artıq Əfqanıstanı tərk edib və bu ölkə Əfqanıstandakı işinə son qoyub.
Qeyd edək ki, əldə edilən razılaşmaya görə ABŞ qüvvələri də cari ilin sentyabr ayına qədər Əfqanıstandakı qüvvələrini bu ölkədən çıxaracaq.
Bu qüvvələrin çıxması ilə yanaşı ölkənin əksər əyalətlərində Talibanın hücumları artıb və son iki ay ərzində hərəkat 60-dan çox rayon mərkəzini zəbt edib.