Almaniya İsrailə silah ixracı üçün icazələrin verilməsini azaldıb

Almaniya hökuməti İsrailə silah ixracı üçün icazələrin verilməsini azaldıb.
Bu barədə Reuters agentliyi mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, 2023-cü ildə Almaniya İsrailə hərbi texnika və hərbi silahlar da daxil olmaqla 326,5 milyon avro dəyərində silah ixracına icazə verib ki, bu da 2022-ci illə müqayisədə 10 dəfə çoxdur.
2024-cü ildə lisenziyaların sayı azalıb. Yanvardan avqustun 21-dək cəmi 14,5 milyon avro dəyərində silah ixracına icazə verilib.