Almaniya kansleri Mərkəzi Asiyada yeni müttəfiqlər axtarır

Almaniya kansleri Mərkəzi Asiyada yeni müttəfiqlər axtarır

 Almaniya kansleri yeni ticarət bazarları ardınca xammal mənbələrinin genişləndirilməsi və Rusiyaya qarşı diplomatik əməkdaşlığın vacib hissəsi olan Mərkəzi Asiyaya ikinci səfərini edir.

İRNA-nın məlumatına görə, Olaf Şoltz Almaniyanın son onilliklərdə Mərkəzi Asiyaya səfər edən ilk kansleri olmaqla yanaşı, iqtisadi sinerji və geosiyasi koordinasiya axtarışındadır.

Məlumata görə dünən (15 sentyabr) Şoltz səfərinə Özbəkistanla başlayıb və bu gün də Qazaxıstana gedəcək.

Qeyd edək ki, Olaf Şolts 22 ildə Özbəkistana səfər edən ilk kanslerdir. Bu, onun Astanaya ikinci səfəridir. Amma o, son 11 ildə Qazaxıstana səfər edən ilk Almaniya dövlət başçısıdır.

Üç günlük səfəri zamanı Şoltsun Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan başçıları ilə 5 Mərkəzi Asiya ölkəsi ilə altıtərəfli görüşdə iştirakı gözlənilir. Bu, keçən il Berlində başlayan görüşün ikinci mərhələsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + ten =