Almaniya kansleri Qəzzə soyqırımını əsaslandırmağa çalışır

Almaniya kansleri Qəzzə soyqırımını əsaslandırmağa çalışır

Sionist rejimin baş naziri Almaniya kansleri ilə söhbətində Almaniya kanslerinin Qəzzə soyqırımını əsaslandırmaq cəhdlərinə görə minnətdarlığını bildirib.

Əl Aləm telekanalının məlumatına əsasən, Benyamin Netanyahu  Olaf Şoltsa Haaqa məhkəməsində Qəzzə soyqırımı barədə ittihamlarını inkar etdiyi üçün təşəkkür edib.

Netanyahu Almaniya kanslerinə xitabən deyib: Sizin bu möhkəm mövqeyiniz İsraili vəcdə gətirdi.

Netanyahu həmçinin iddia edib: Haaqa məhkəməsində Cənubi Afrika tərəfindən açılmış cinayət işi tamamilə bədxahlıq və dünya sivilizasiyası ilə ayaqlaşan İsrailin etik prinsiplərinə uyğun deyil.

Qeyd edək ki, dünən (12 yanvar) CAR-ın şikayəti əsasında Haaqa məhkəməsində təşkil olunan iclasda Almaniya dövləti üçüncü (bitərəf)  şəxs qismində konvensiyalardan istifadə etmək  zəminində iştiraka hazır olduğunu elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − fourteen =