Almaniya kansleri seçki tədbiri zamanı fitə basılıb
Almaniya kansleri Olaf Şolts “Almaniya Sosial Demokrat Partiyası”nın Münhenin mərkəzi meydanı Marienplatzda keçirilən seçki tədbiri zamanı fitə basılıb.
“Report” xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Qeyd olunub ki, hökumət başçısının çıxışından əvvəl də meydanda vəziyyət son dərəcə gərgin olub. İştirak edənlərin bir çoxu qışqırıq və fit səsləri ilə tədbirin sakit gedişatını pozmağa çalışıb və “Müharibəçilər”, “Yalançılar”, “Uduzanlar” şüarları səsləndiriblər.
Bəzi iştirakçılar əllərində Kiyevə silah tədarükünü dayandırmağa çağıran yazılar olan plakatlar tutublar.
Report.az